Qiymətləri aşağı olan şagirdlər təmayüllü məktəblərdən qovula bilərmi? – Açıqlamabackend

Qiymətləri aşağı olan şagirdlər təmayüllü məktəblərdən qovula bilərmi? - Açıqlama

Bir çox məktəblərdə təmayül siniflər fəaliyyət göstərir. IX sinifi başa vuran şagirdlər seçimlərinə əsasən, təhsillərini təmayül siniflərdə davam etdirə bilir. Təmayül sinifləri seçən şagirdlər seçdikləri ixtisas qruplarına əsasən qruplaşır və onların həmin ixtisas qrupu fənləri üzrə bilikləri daha da təkmilləşdirilir.

Üstün cəhətləri olan təmayül siniflərə qəbul zamanı bəzən anlaşılmazlıqlar da yaşanır.

Belə ki, bəzi şagirdlərin IX sinif atestat qiymətlərində 3 olarsa, onlar təmayül siniflərə qəbul olunmur. Məktəb direktorları tərəfindən təmayül siniflərə yalnız yüksək göstəriciləri olan şagirdlər seçilir. Bəzi məktəblərdə isə adi sinif olmadığına görə, aşağı naliyyət əldə etmiş şagirdlər məktəbdən qovulmaq təhlükəsi ilə üz-üzə qalır.

Maraqlıdır, təmayül siniflərə qəbul zamanı şagirdin qiymət göstəricisi rol oynayırmı?

Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Elçin Murad bildirib ki, təmayüllü məktəblərdə qiymətlərinə görə hər hansı şagirdin məktəbə buraxılmaması düzgün deyil:

“Şagirdin qiymətləndirilməsi zamanı ədalətli yanaşma olmaya da bilər. Buna görə də şagirdin bilik və bacarıqlarını yoxlayıb təmayül məktəblərə buraxmaq lazımdır. Əks halda isə verilmiş qərar yalnışdır. Yeni qeydiyyata yazılmaq istəyən birinin qiyməti 3-dür deyə bir kənara qoymağa ehtiyac yoxdur. Həmin şagird üçün məktəb daxilində komissiya yaradılmalı və imtahan hazırlanmalıdır. Bundan sonra şagirdin təmayül sinifə qəbul olunub-olunmayacağı barədə hökm verilə bilər. Burada Elm və Təhsil Nazirliyinin də nəzarəti vacibdir”.

Ekspert həmçinin vurğulayıb ki, təmayül sinifə yüksək savada malik şagirdlərin qəbul olması daha uyğundur.

Aygün Mirakif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*