Qızdırmalı olduğuna görə evdə müalicə alan şagird ÖLDÜbackend

Qızdırmalı olduğuna görə evdə müalicə alan şagird ÖLDÜ

Xaçmaz rayonu, Xudat şəhəri 5 saylı ümumi orta məktəbin 8-ci sinif şagirdi Xədicə Rəcəbova vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi Ağamirzə Əzimov məlumat verib.

O qeyd edib ki, şagird ötən həftədən bəri qızdırması olduğuna görə ev şəraitində müalicə alıb: “Dünəndən məktəbə gəlməyə başlayıb. Bu gün isə məktəbdə halı pisləşib. Ona təcili yardım çağırıblar. Daha sonra xəstəxanada dünyasını dəyişib. Valideyni bildirir ki, evdə qızdırmalı olduğuna görə müalicə alıb”.

A. Əzimovin sözlərinə görə, hələ həkim rəyi ilə tanış olmayıb: “Ona görə də onun koronavirusdan vəfat edib-etmədiyi barədə nəsə deyə bilmərik”./qafqazinfo/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*