Qızılaxtaranlar 160-dan çox məzarı TALAN ETDİbackend

Qızılaxtaranlar 160-dan çox məzarı TALAN ETDİ

Qızılaxtaranlar son bir neçə ayda Barselonanın “Montjuik” qəbiristanlığında 160-dan çox məzarı qarət ediblər.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya polisi mərhum yaxınlarının və qəbiristanlıq işçilərinin çoxsaylı müraciətləri əsasında qəbirlərin kütləvi şəkildə talan edilməsi və təhqir olunması ilə bağlı araşdırmalara başlayıb.

Məlumata görə, qəbiristanlıqda yeni videomüşahidə sistemi quraşdırılıb və polis gecə-gündüz ərazidə xidmət aparır. Vandalların sonuncu qarəti iyulun 18-də qeydə alınıb.

Bildirilib ki, qəbiristanlıq ərazisinin böyük olması (56 hektar) polisin işinə mane olur.

Qeyd edək ki, nekropol memar Leandro Albared tərəfindən layihələndirilib və 1883-cü ildə şəhərin genişlənməsindən və sakinlərinin sayının artmasından sonra açılıb. Demək olar ki, bütün tikililər, məbədlər, heykəllər və abidələr qotik üslubunda hazırlanıb. Bir milyondan çox məzarın olduğu “Montjuik” qəbiristanlığında bələdçili turlar təklif olunur, lakin ərazidə fotoşəkil çəkmək qadağandır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*