Qobustan rayonunda mal-qara arasında kütləvi tələfat baş verib.
KONKRET.az-ın məlumatına görə, bu gün rayonun Ərəbqədim kənd sakinlərinə məxsus iri buynuzlu heyvanları qırılaraq küçəyə düşən elektrik naqilindəki cərəyan vurub. Hadisə zamanı 10 baş inək ölüb.
Faktla bağlı araşdırma aparılır.
