“Qonşular anlamalıdır ki, Moskva heç kimin xeyrinə seçim etməyəcək” – Bordaçevdən Qarabağ AÇIQLAMASIbackend

“Qonşular anlamalıdır ki, Moskva heç kimin xeyrinə seçim etməyəcək” – Bordaçevdən Qarabağ AÇIQLAMASI

“Düz bir il əvvəl ikinci Qarabağ savaşı başladı. Cənubi Qafqazda silahlı qarşıdurma baş verdi və  bu müddətdə həm Azərbaycan, həm də Ermənistan tərəfi itkilər verdi. Rusiya üçün isə, Qarabağ müharibəsi qonşu ölkələrə qarşı yeni siyasətin formalaşmasında mühüm mərhələ oldu”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Rusiyanın Valday klubunun rəhbəri Timofey Bordaçev “Vzqlyad” qəzetinə müsahibəsində səsləndirib:

“Rusiya artıq öz nəzarəti altında və ətrafında təhlükəsizlik məkanı yaratmaq istəmir. Çünki kifayət qədər imperiya təcrübəsinə malikdir və bu, Rusiyanın özü üçün yaxşı nəticələnməyib. Qarabağ müharibəsi zamanı isə Rusiya praktiki olaraq Ermənistan və Azərbaycanın maraqlarını nəzərə ala bilərdi. Çünki bu ölkələrin xeyli sayda vətəndaşı Rusiyada  yaşayır” – deyə Bordaçev vurğulayıb.

Ekspert əlavə edib ki, Rusiyanın müdaxiləsi nəticəsində Azərbaycanla Ermənistan arasındakı müharibə demək olar ki, mükəmməl bir diplomatik nəticə ilə yekunlaşdı: “Hər iki tərəf eyni dərəcədə narazı qaldı. Azərbaycan 1990 -cı illərin birinci yarısında itirdiyi bütün ərazilər üzərində tam nəzarəti bərpa edə bilməməsindən, Ermənistan isə zəruri hesab etdiyi strateji mövqelərini itirməsindən narazıdır. Birinin tam qələbəsi, digərinin tamamilə alçaldılması və münaqişənin daha da təhlükəli səviyyədə tez bir zamanda qızışması üçün zəmin yaradardı. Qonşular başa düşməlidir ki, onların yürütdüyü siyasət Rusiyanın maraqlarına zidd olmadıqca, Moskva heç kimin xeyrinə seçim etməyəcək. Üstəlik, Rusiyanın rəsmi müttəfiqləri qarşısında götürdüyü öhdəliklər, onları xarici təhdiddən qoruyur”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*