QORXUNC BƏYANAT: Yoxsulluq hədsiz artacaqbackend

QORXUNC BƏYANAT: Yoxsulluq hədsiz artacaq

Koronavirus pandemiyası qlobal iqtisadiyyata ciddi zərbə vurub.

KONKRET.az RİA Novosti-yə istinadla bildirir ki, Ümumdünya Bankının prezidenti Devid Malpassın bəyanatına görə, bu səbəbdən 60 milyon insan həddindən artıq yoxsulluq içində ola bilər.

Onun fikrincə, gəlir itkisinin dərhal təsiri, eləcə də tibbi və sosial nəticələri həqiqətən ciddiləşir.

Dünya Bankının prezidenti koronavirus pandemiyasının dünya iqtisadiyyatına “pis zərbə” olduğunu da vurğulayıb. Bu, əhalinin milyardlarla gəlirinə təsir edəcək. Koronavirus böhranının iqtisadi nəticələri on illərlə davam edə bilər.

APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*