“Qraparak”: Paşinyan yenidən MTX-nin direktorunu dəyişdirməyə qərar verdibackend

"Qraparak": Paşinyan yenidən MTX-nin direktorunu dəyişdirməyə qərar verdi

Paşinyan Milli Təhlükəsizlk Xidmətinin (MTX) rəhbərini istefaya göndərmək istəyir.

“Ötən gün Nikol Paşinyan güc strukturlarının rəhbərləri ilə müşavirə keçirib. Daxili işlər naziri, Baş prokuror, müdafiə naziri, Milli Təhlükəsizlik Xidmətinin rəisi və digər rəsmi şəxslərin iştirak etdiyi yığıncaqda ölkədəki son durum müzakirə edilib. Dolayısı ilə Baş nazir onlardan sonuna qədər onun arxasında dayanacaqlarını soruşub. Əksəriyyət razılıqlarını ifadə edib. Yalnız MTX rəisi tərəddüd edib. Ona görə Paşinyan onu istefaya göndərməyi qərara alıb”.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın “Qraparak” qəzeti məlumat yayıb. Məlumatda deyilir ki, Paşinyanın qısa hakimiyyəti dövründə MTX-nin 4 rəhbəri istefaya göndərilib. Bu isə 5-ci istefa olacaq. Yayılan xəbərlərə görə keçmiş hərbi prokuror Qagik Cangiryana bu vəzifə təklif edilib. Biz Qagik Cangiryanla əlaqə saxladıq. O, “Xeyr, belə bir təklif yoxdur, şərh verməkdən imtina edirəm”, – deyərək telefonu söndürdü”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*