Qriqoryan: “İranla hərbi müqavilələr bağlamalıyıq”backend

Qriqoryan: "İranla hərbi müqavilələr bağlamalıyıq"

“Ermənistan və İran arasında hərbi müqavilə imzalanmalıdır. Bu, ölkəmizin təhlükəsizlik problemlərinin həlli üçün olduqca vacibdir”.

KONKRET.az xəbər verir ki, bu təkliflə Ermənistan parlamentinin üzvü Anna Qriqoryan çıxış edib.

O, iki ölkə arasında əlaqələrin inkişafı üçün potensialın çox yüksək olduğuna əminliyini ifadə edib. Deputat İranın Ermənistanın ərazi bütövlüyünün qorunması ilə bağlı çoxsaylı bəyanatlar səsləndirdiyini vurğulayıb.

Qriqoryan qeyd edib ki, İranın Ermənistanın ərazi bütövlüyünü dəstəkləyən sərt bəyanatlarına baxmayaraq, hazırda iki ölkə arasında konkret hərbi saziş yoxdur.

Deputat əmin olduğunu bildirib ki, İranın regional sərhədlərin qorunması ilə bağlı mövqeyi dəyişməyəcək, çünki bu məsələ Tehranın “qırmızı xətt”idir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*