“Hakim və istintaq məhkəmə zalında dünyasını dəyişən Armen Qriqoryanın səhhətinin vəziyyətinə heç vaxt məhəl qoymayıb”.
KONKRET.az xəbər verir ki, müxalifətçi deputat, vəkil Aram Vardevanyan belə bir iddia ilə çıxış edib. O vurğulayıb ki, vəkillər kino prodüsserin səhhətindəki problemlərlə bağlı daima məsələ qaldırıblar: “Lakin hakim, müstəntiq və prokuror onu həbsdə saxlamağa üstünlük verib. Deputatlar hətta cəzaçəkmə müəssisəsində ona baş çəkə bilməyiblər, buna da qadağa qoyulub”.
Qeyd edək ki, Qriqoryan mayın 18-dən həbsdədir. O, “vətəndaşların milli ləyaqətini açıq şəkildə alçaltmaqda” ittiham edilib. Müdafiə tərəfi iddia edib ki, iş Qriqoryanın müxalif münasibətinə görə uydurmadır. O, fəal şəkildə hakimiyyətin istefasını tələb edib.
Natiq Səlim,
KONKRET.az
