Qrizmann milli karyerasını bitirdibackend

Qrizmann milli karyerasını bitirdi

“Atletiko”nun futbolçusu Antuan Qrizmann Fransa millisindəki karyerasını başa vurub.

KONKRET.az xəbər verir ki, bu barədə 33 yaşlı hücumçu sosial şəbəkə hesablarında məlumat yayıb.

Qrizmann yığma karyerasını sonlandırdığını bildirib.

Hücumçu millidə 2014-cü ilin martında debüt edib. O vaxtdan bəri forvard millinin heyətində 137 oyun keçirib və 44 qol vurub. 2018-ci ildə Antuan Fransa ilə dünya çempionu, 2021-ci ildə isə UEFA Millətlər Liqasının qalibi olub.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*