Quba rayonunun Cimi kəndində ayı cobana hücum edib. Konkret.az-ın şimal bürosu xəbər verir ki, 1981-ci il təvəllüdlü Akif Nərimanov ağır bədən xəsarətləri alıb. O, dərhal xəstəxanaya çatdırılıb. Xəstəxanadan aldığımız məlumata görə, Akif Nərimanovun həyatı təhlükəsi olmasa da, vəziyyəti ağır olaraq qalır.
Cəlal Fərzəliyev