Dünən axşam saatlarında Quba rayonunun Qam-Qam kəndində Vəliyev Elçinə məxsus 3 otaqlı fərdi yaşayış evində yanğın baş verib.
KONKRET.az xəbər verir ki, 6 üzvdən ibarət olanın ailənin yaşadığı ev əşyaları ilə birgə tamamilə yanıb.
Hadisə yerinə gələn Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev ailəyə hər cür yardım göstərəcəyini vəd verib.
Son vaxtlar Qubada istər güclü külək, istər leysan yağışlar, istərsə də yanğın hadisələri rayon təsərrüfatına, vətəndaşalara ciddi zərərlər vurub. Bu çətinlikləri aradan qaldırmaq, vətəndaşlara dərstək olmaq üçün icra başçısı iş adamlarına, sahibkaralara və yardımsevər inslanara müraciət edib. İcra başçısı bu xeyirxah işin ictimailəşdirilməsində mətbuat nümayəndələrinin həmişəki kimi bu dəfə də fəallıq göstərəcəyinə əminliyini ifadə edib.


