Quçul: “Moldova Rumıniya ilə birləşsə…”backend

Quçul: "Moldova Rumıniya ilə birləşsə..."

“Moldova Rumıniya ilə birləşərsə və ya Avropa İttifaqına daxil olarsa, Qaqauziya öz müqəddəratını təyinetmə hüququndan istifadə edə bilər, bu, xüsusi hüquqi status haqqında qanunda nəzərdə tutulub”.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mətbuatına Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul bildirib.

“Biz Moldovanı tərk etməyi planlaşdırmırıq, çünki bura bizim vətənimizdir. Konstitusiyada deyilir ki, Moldova suveren və neytral ölkədir. Lakin Moldova Rumıniya ilə birləşmək və ya Avropa İttifaqına daxil olmaq qərarına gəlsə, Qaqauz muxtariyyəti müstəqillik hüququnu özündə saxlayır. Bu, xüsusi hüquqi status haqqında qanunumuzda göstərilib”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*