Qukasyan sərsəmlədi: Ermənistan hakimiyyəti Azərbaycan-Türkiyə dairələrinin kampaniyasına qoşulubbackend

Qukasyan sərsəmlədi: Ermənistan hakimiyyəti Azərbaycan-Türkiyə dairələrinin kampaniyasına qoşulub

Ermənistan hakimiyyəti “Hay Dat” (Erməni Məsələsi) sistemi və onun beynəlxalq nümayəndəliklərinə qarşı uzun illərdir aparılan kampaniyaya qoşulub. Bu prosesin əsasında bir sıra siyasi motivlər dayanır.

KONKRET.az xəbər verir ki, bu barədə “Hay Dat” Komitəsinin Mərkəzi Ofisinin xüsusi proqramlar üzrə məsul əməkdaşı Gevorq Qukasyan Alpha News-a müsahibəsində bildirib.

“Xüsusilə son illərdə biz məqsədyönlü Azərbaycan-Türkiyə təbliğatı ilə, hətta sadəcə təbliğatdan daha geniş bir fəaliyyətlə üz-üzəyik. İndi isə bu prosesə Ermənistan hakimiyyəti də qoşulub”, – deyə Qukasyan bildirib.

O qeyd edib ki, hakimiyyətin bu prosesə qoşulması onların həmin dairələrə sadiqliyini nümayiş etdirmək məqsədi daşıya bilər.

“Bu o deməkdir ki, onlar ən azı düşmən dairələrə öz sədaqətlərini göstərmək istəyirlər”, – deyə o əlavə edib.

Qukasyan Brüsseldə aparılan fəaliyyətləri misal çəkərək bildirib ki, onun sözlərinə görə, bu prosesdə Azərbaycanın Belçikadakı səfiri fəal rol oynayır. O, həmçinin ABŞ-da “Hay Dat” Komitəsinə qarşı məhkəmə iddiaları qaldırmaq cəhdlərindən danışıb və qeyd edib ki, ötən il belə bir neçə müraciət edilsə də, Amerika məhkəmələri onları qəbul etməyib.

“Yəni biz xüsusilə son illərdə məqsədyönlü Azərbaycan-Türkiyə təbliğatı ilə üzləşirik”, – deyə “Hay Dat”ın Mərkəzi Ofisinin nümayəndəsi vurğulayıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*