Quterreşin Moskva və Kiyev səfərlərinin məqsədibackend

Quterreşin Moskva və Kiyev səfərlərinin məqsədi

BMT Baş katibi Antonio Quterreş bu həftə Moskva və Kiyevə səfərləri zamanı hərbi əməliyyatların dayandırılması və ehtiyacı olanlara humanitar yardımın göstərilməsini müzakirə etmək niyyətindədir.

KONKRET.az xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Fərhan Haq deyib.

O qeyd edib ki, yekun məqsəd atəşkəs və Ukraynada insanların düşdüyü vəziyyəti yaxşılaşdırmaq, üzləşdikləri təhlükələri azaltmaq və humanitar yardım göstərmək yollarının yaradılmasıdır.

Qeyd edək ki, Quterreş bu gün Türkiyədə Prezident Ərdoğanla görüşüb. Sabah Moskvaya, 28 apreldə isə Kiyevə gedəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*