Hindistanın Ali Məhkəməsi 1991-ci ildə keçmiş baş nazir Raciv Qandinin qətli ilə bağlı ömürlük həbs cəzasına məhkum edilmiş altı məhbusun azadlığa buraxılması barədə qərar çıxarıb.
KONKRET.az xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.
Bildirilib ki, Tamil Nadu məhkəməsi bu işdə mühakimə olunanların əfv olunması ilə bağlı vəsatətlərə baxıb.
Qeyd edək ki, Raciv Qandi (1944-1991) keçmiş baş nazir İndira Qandinin (1917-1984) böyük oğlu və müstəqil Hindistanın ilk baş naziri Cavahirləl Nehrunun (1889-1964) nəvəsidir.
O, 1984-1989-cu illərdə hökumət başçısı vəzifəsində çalışıb.
Raciv Qandi 1991-ci ildə seçki kampaniyası vaxtı sui-qəsdə məruz qalıb. Hücuma görə məsuliyyəti Tamil pələngləri qruplaşması üzərinə götürüb. Hadisə zamanı terrorçular da daxil olmaqla 14 nəfər ölüb.
Xatırladaq ki, bu ilin martında məhkəmə 1991-ci ildə tələbə olan Perarivalan adlı yeddi müttəhimdən birini şərti olaraq azadlığa buraxıb. O, partlayıcı qurğu üçün akkumulyator təmin etməkdə ittiham olunub.
İqbal Rzayev,
KONKRET.az
