33 yaşlı qadın avtomobillə ana və iki qızını vurub. Daha sonra isə o, yaralıları hadisə yerində qoyaraq, oradan uzaqlaşıb.
KONKRET.az xəbər verir ki, avtomobilin sükanı arxasında rahibə əyləşib. Digər məlumatlara görə, onun keşiş arvadı olduğu bildirilir.
Hadisə nəticəsində ana və uşaqları xəndəyə yıxılıb. Maşını sürən qadın isə onlara baxıb və evdə onu öz uşaqlarının gözlədiyini düşünərək hadisə yerindən gedib.
Yaralılar başqa sakinlər tərəfindən xəstəxanaya çatdırılıb. Qadının 10 yaşında olan böyük qızının onurğa sütunu zədələnib. Bağçaya gedən balaca qız isə qəzadan yüngül travmalarla xilas olub.
Hadisə ilə bağlı tədqiqatlara başlanılıb.
