Rail Abbasovla bağlı qərar verildibackend

Rail Abbasovla bağlı qərar verildi  

Ali Məhkəmədə dələduzluqda ittiham olunan ictimai fəal Rail Abbasovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

KONKRET.az xəbər verir ki, hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Rail Abbasov 2024-cü il sentyabrın 20-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub. İstintaq orqanı ictimai fəalı ev alqı-satqısı zamanı dələduzluqda günahlandırıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rail Abbasov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

(pravda.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*