Ramazan bayramına görə aztəminatlı ailələrə pul yardımı ediləcək?backend

Ramazan bayramına görə aztəminatlı ailələrə pul yardımı ediləcək?

Ramazan bayramı yaxınlaşdıqca sosial şəbəkələrdə və ictimai müzakirələrdə bir sual daha tez-tez səslənməyə başlayır. Bayram günlərində sosial həssas təbəqəyə dövlət tərəfindən əlavə dəstək göstərilə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, belə yardımın ayrılması həm siyasi, həm də iqtisadi baxımdan mümkündür.

CROSSMEDIA - Tural Abbaslı: "Müxalifət və iqtidar bir-birinə düşmən gözü ilə baxmamalıdır"

“Bir sıra ölkələrdə, xüsusilə Türkiyədə Ramazan və Qurban bayramları ərəfəsində sosial təminatı aşağı olan vətəndaşlara müxtəlif formatlarda dəstək göstərilməsi artıq ənənə halını alıb.
Türkiyədə bələdiyyələr və dövlət qurumları tərəfindən birdəfəlik yardımlar verilir. Bu yardımlar həm pul, həm də ərzaq formasında ola bilir və dövlət ənənəsi kimi davam etdirilir”.

Partiya sədri qeyd edib ki, Azərbaycan müsəlman ölkəsi olsa da, dini bayramların sosial dəstək mexanizmləri baxımından yetərincə qiymətləndirilmədiyini düşünür:

“Hazırda belə bir yardımın ediləcəyini gözləmirik. Hətta təntənəli qeyd olunan Novruz bayramı zamanı da əhaliyə bu tip sosial yardımlar təqdim edilmir.
Dövlət hər fürsəti vətəndaşına dəstək üçün dəyərləndirməlidir. Ramazan ayı da belə məqamlardan biridir. İstək olsa, bunun yolları və variantları var”.

Beləliklə, ekspertin fikrincə, Ramazan bayramı münasibətilə birdəfəlik sosial yardımın ayrılması mümkündür, lakin bunun reallaşması daha çox siyasi qərardan asılıdır.

Aynurə İsmayıl
KONKRET.az

  • Ferid
    Mart 6, 2026 - 12:21

    Ehtiyacim var

  • Ferid
    Mart 6, 2026 - 12:22

    Allah razi olsu

  • Nigar
    Mart 7, 2026 - 01:31

    Ehtiyacım var 3 oğul anasıyam işləmirəm yoldaşım xəstədir

  • Gulnar
    Mart 16, 2026 - 12:19

    Slam menimde yardima ehtiyacim var kasib adamam

  • lamiyə
    Mart 16, 2026 - 15:32

    3 uşağ anasıyam atasız uşağ böyüdürəm balaca qızımın 1 yaş 7 aylığdı gözündən əlilki açql taxır güclə dolanıram allah dövlətmizdən razı olsun sosyal muqavnət ayrıb allah onu bizə çox görməsin aminn ama 2 bayram qarışdığı üçün ya ərzaq yardımı yada pul verlsə yaxşı olar özmdə oruc tutan namaz qılan anayam

  • Kenan
    Mart 17, 2026 - 01:09

    kimin eytiyaci yoxduki 3 usaqdi catdirmaq olmur goren vereler bizede

  • Ilqar
    Mart 20, 2026 - 02:28

    Yardma etyacm var 3 usaq atsiyam sabhda sehrde bayramdi ama hevne yoxmizfu evde

  • Ilqar
    Mart 20, 2026 - 02:55

    3 usaq atsyam

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*