Ramiz Mehdiyev işində son gəlişmə: 30 gün ərzində nələr olub? – VİDEObackend

Ramiz Mehdiyev işində son gəlişmə: 30 gün ərzində nələr olub? – VİDEO

Prezident Administrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti, akademik Ramiz Mehdiyevlə bağlı istintaqın başlanmasından 30 gün keçir. İşlə bağlı indiyə kimi mediada müxtəlif şərhlər verilib.

KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov deyib ki, qanunvericilikdə nəzərdə tutulmuş prosedurlar haqqında ümumi fikirlər səsləndirmək olar, amma konkret işin detallarını bilmədiyimiz üçün hər hansı şərh yalnız ehtimallar əsasında ola bilər:

“Bu müddət ərzində R.Mehdiyevin köməkçi kimi təqdim edilən Eldar Əmirovun saxlanması xəbəri yayılıb. AMEA-da aparılan araşdırmalar zamanı isə Elton Məmmədovun istintaqda dindirilməsi ilə bağlı məsələ gündəmə gəlib. Prokurorluq ona xəbərdarlıq edib.

İşlə bağlı dindirilən və ya digər tədbir görülən şəxslərin mövcudluğu haqda mediada xəbər yayılsa da, ortada ələ də ciddi fakt yoxdur. Eyni zamanda, Ramiz Mehdiyev haqqında yayılan məlumatlara görə, o, dörd aylıq ev dustaqlığına götürülüb.

Diqqətinizə çatdırım ki, Azərbaycan Cinayət Məcəlləsinə görə cinayət işlərinin istintaq müddətləri müəyyən olunub və maksimum hədlər mövcuddur. Xüsusilə ağır cinayətlər üzrə bu müddət uzadıla bilər və Baş Prokurorluq tərəfindən 13-19 aya qədər artırıla bilər. Hələ ki bu müddət tamamlanmayıb, ona görə də fikirlər səsləndirmək tezdir.

Düşünürəm ki, ev dustaqlığı tədbirinin seçilməsi və işin davam etməsi zamanı məlumatların yayılmaması cinayət prosesinə və istintaqın gedişatına xələl gətirməmək məqsədilə həyata keçirilir. Bu baxımdan, işin həssaslığı, şəxslərin yüksək vəzifələrdə təmsil olunması və prosesin ciddiliyi nəzərə alınaraq, ictimaiyyətə hələ məlumat verilmir.

Ən düzgün yanaşma rəsmi açıqlamaları, müvafiq araşdırma aparan qurumların mövqeyini gözləməkdir”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*