Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biri və partiya sədrinin keçmiş müavini, sabiq nazir, professor Əli Nağıyev AMEA-nın prezidenti Ramiz Mehdiyevi sərt tənqid edib.
KONKRET.az xəbər verir ki, Əli Nağıyev Demokrat.az–a açıqlamasında bildirib ki, Ramiz Mehdiyevin Milli Elmlər Akademiyasına rəhbərlik etməsi Azərbaycan elminə təhqirdir:
“Gərək Ramiz Mehdiyev heç akademiyaya prezident göndərilməyəydi. Hər kəs gözəl bilir ki, Ramiz Mehdiyev AMEA-ya seçki yolu ilə getməyib, heç onun akademikliyi də həqiqi deyil”.
Əli Nağıyev vəzifədə olduğu zaman belə Ramiz Mehdiyevlə bağlı açıq sözünü demək cəsarətində olduğunu söyləyib:
“Doğrunu deyənin yeri Allahın yanıdır. Normal insan doğrunu deməkdən çəkinməməlidir. Mən ona sözümü zamanında demişəm. Axı Ramiz Mehdiyev kimdir ki, indi mən ondan danışım? Ramiz Mehdiyev tuladır, tula kimi də o mərtəbələrə ucalıb. Onun bu ölkədə hər bir adama pisliyi dəyib, kiməsə yal verib, kiməsə də pislik edib”.

Hər zamankı kimi doğrunu, həqiqəti cəsarətlə söyləyə bilən Əli Nağıyev. Sirusa da Allah rəhmət eləsin..