Ramiz Mehdiyev vətəndaşları qəbul etməkdən imtina etdi – FOTOFAKTbackend

Ramiz Mehdiyev vətəndaşları qəbul etməkdən imtina etdi - FOTOFAKT

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəsmi saytında akademiyanın rəhbər şəxslərinin qəbul vaxtları qeyd olunub. 

KONKRET.az-ın xəbərinə görə, AMEA rəhbərliyinin qəbul günlərinə nəzər yetirdikdə, burada AMEA-nın prezidenti Ramiz Mehdiyevin adına rast gəlmək mümkün deyil. Belə ki, vətəndaşları qəbul edən rəhbər şəxslər əsas etibarı ilə vitse-prezidentlərdən ibarətdir.

Çox güman ki, Ramiz Mehdiyev ölkədə koronavirusun geniş yayılması səbəbindən, insanlarla təmasdan çəkinir və belə olan halda özünü COVID-19 infeksiyasından qoruyur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*