backend

“Razısınızmı Dağlıq Qarabağ Azərbaycanın tərkibində muxtariyyət olsun?”- Paşinyan parlamentdən soruşdu

Ermənistan baş naziri parlament qarşısında çıxışı zamanı Qarabağda yaranmış vəziyyətdən qaçmağın yeganə yolunu göstərib.

KONKRET.az-ın məlumatına görə, Nikol Paşinyan bildirib ki, bu vəziyyətin yaranmaması üçün nəsə etmək, konkret olaraq Dağlıq Qarabağın Azərbaycanın tərkibində yüksək muxtariyyət statusuna razılaşmaq lazım idi.

“Əgər biz bununla razıyıqsa o zaman baş verənləri elə indi dayandıra bilərik. Mən istəyirəm ki, Ermənistan parlamenti bunu qeydə alsın, və mən birbaşa sual verirəm, biz razıyıqmı belə qərarla? Əgər razıyıqsa o zaman biz elə indi, bu gün bu məsələni həll edə bilərik”,-Paşinyan deputatlara müraciət edib. (news.am)

Cavab olaraq deputatlar zaldan qışqırıblar: “Yox, heç vaxt!”

Virtualaz.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*