Rəcəb Tayyib Ərdoğan Füzuli hava limanının açılışında iştirak edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın Haber Global-a verdiyi müsahibədə deyib.
O, Rəcəb Tayyib Ərdoğanın Füzuli hava limanının açılışına qatılacağını söyləyib.
“İndi orada sınaq uçuşları həyata keçirilir. Açılış mərasiminə Türkiyə Prezidenti də qatılacaq”, – deyə Kalın bildirib.
Xuraman Etibarlı
KONKRET.az
