“Rəfaha hücum etməməyə çağıranlar İsrailin məğlubiyyətini istəyir” – Netanyahubackend

"Rəfaha hücum etməməyə çağıranlar İsrailin məğlubiyyətini istəyir" - Netanyahu

İsrailin baş naziri Benyamin Netanyahu müxtəlif ölkələrin İsrailə Rəfaha hərbi hücumdan çəkinmə çağırışlarını tənqid edib.

KONKRET.az Netanyahu bu barədə ABC televiziyasına müsahibəsində deyib:

“Biz HƏMAS-ın qalan terrorçu batalyonlarını sonuncu qala olan Rəfahda cəmləyəcəyik. İsrail ordusu Rafaha hücumdan əvvəl mülki vətəndaşlar üçün təhlükəsiz keçidi təmin edəcək”, – deyə Netanyahu bildirib.

Baş nazirin sözlərinə görə, Rəfaha hücum etməməyə çağıranlar İsrailin məğlubiyyətini istəyir.

Qeyd edək ki, bundan əvvəl bir sıra Yaxın Şərq və Avropa ölkələri, o cümlədən Aİ rəhbərliyi İsrailin Rəfaha hücumunun fəlakətli nəticələri barədə xəbərdarlıq etmişdi.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*