Rəqsanə tənqid olunan videosundan DANIŞDI: “Ərim qayda-qanuna riayət edir” – VİDEObackend

Rəqsanə tənqid olunan videosundan DANIŞDI: "Ərim qayda-qanuna riayət edir" - VİDEO

Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılovanın sosial şəbəkə hesabında paylaşdığı videoda sükan arxasında əyləşən həyat yoldaşı Fazil Əmiraslanovun qucağında saxladığı oğlu Məhəmməd Əlinin əks olunması müzakirə predmetinə çevrilib. İzləyicilər Rəqsanə ilə həyat yoldaşının övladlarını bu cür təhlükəyə atmasına tənqid dolu şərhlər yazıblar.

KONKRET.az xəbər verir ki, hazırda Moskvada olan Rəqsanə İsmayılova sözügedən görüntülərə sosial şəbəkə hesabında açdığı canlı yayım vasitəsi ilə aydınlıq gətirib.

Sənətçi bildirib ki, həmin video oğlu Məhəmməd Əliyə həsr olunan klip çəkilişi zamanı lentə alınıb.

“Yazıblar ki, Rəqsanənin həyat yoldaşı qayda pozub. “Qanun qarşısında boynumuz qıldan incədir” məsəli var. Dünən klip çəkilişində idik. Elə o videonu da çəkiliş zamanı lentə alıb, paylaşmışam. Fazil Rusiya vətəndaşıdır. OŞ kommunist kimidir. Məndən fərqli olaraq Fazil bütün qayda-qanuna riayyət edir”, – deyə Rəqsanə İsmayılova bildirib.

Qeyd edək ki, iş adamı Fazil Əmiraslanovla evli olan R.İsmayılovanın bir neçə il əvvəl əkizləri doğulub. Onlardan biri dünyasını dəyişib. Müğənninin hazırda Aysun, Yağmur, Mehrimah adlı qızları və Muhammed adlı 4 övladı var.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*