Rəşad Dağlının qətlə yetirdiyi şəxsin qardaşı danışdı – VİDEObackend

Rəşad Dağlının qətlə yetirdiyi şəxsin qardaşı danışdı - VİDEO

Məşhur meyxanaçı Rəşad Dağlı noyabrın 9-u səhər saat 5 radələrində 1979-cü il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.

KONKRET.az xəbər verir ki, Baku TV-nin əməkdaşı hadisənin təfərrüatını araşdırmaq üçün İ.Mehtiyevin yaşadığı ünvana gedib.

Mərhumun nəşi yaşadığı ünvana gətirilib.

İskəndər Mehtiyevin qardaşı hadisənin hansı səbəbdən baş verdiyini bilmədiyini deyib:

“Qardaşım oktyabrın 26-da həbsdən çıxmışdı. Rəşadla aramız yaxşı olub. Səhər Rəşad gəlib İskəndəri qapıdan apardı. Sonra da eşitdik ki, belə hadisə baş verib. Hadisənin səbəblərini bilmirik. Subay idi. Anasının 40 mərasimini yenicə keçirmişdik”.

Ailənin yaxını isə qeyd edib ki, İ.Mehtiyev bıçaqlanmazdan əvvəl döyülüb və üzündə xəsarətlər olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*