Rəşad Sadıqov: “Futbolçulara qarşı ədalətli olmağa çalışıram”backend

Rəşad Sadıqov: "Futbolçulara qarşı ədalətli olmağa çalışıram"

“Çox gərgin və maraqlı oyun oldu. Çempionatda əzmkar oyunların şahidi oluruq. Bəlkə də son zərbələrdə dəqiq oynadığımız üçün qələbə qazandıq. Futbolçular oyun üçün darıxıblar. Düşünürəm ki, hər iki komanda yaxşı oyun sərgilədi”.

KONKRET.az xəbər verir ki, bu fikirləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın IV turunda səfərdə “Keşlə”yə 3:2 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssis penaltini Davit Volkova tapşırmasını belə izah edib: “Klesio Bauk da penalti vuran futbolçulardandır. Bauk, Volkov və Ruslan Qurbanova penaltiləri həvalə edirik, məşqlərdə onlar yerinə yetirir. Oyundan əvvəl qərar vermişdim ki, penaltini Davit vuracaq. Qərarı dəyişmək də riskli olardı.

Kimisə fərqləndirmək istəmirəm. Hamı mübarizə apardı və öz işlərini meydanda görməyə çalışdılar. Heyətdə 14-15 oyunçu var ki, onların hamısına şərait yaradacağıq.

Mənim üçün hələ ki, əsas və ehtiyat heyət yoxdur. Hamıya şans verməyə çalışırıq. Elə oyunçular ki, zədədən təzə qayıdıb, elələri də var ki, pandemiyadan sonra oynamayıb. Çalışıram ki, futbolçulara qarşı ədalətli olum. Ali Sesay da bu gün müdafiədə etibarlı çıxış etdi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*