Rəsmi Ankara: “Liviyada atəşkəsin bərpası Türkiyənin sülh siyasətinin bariz nümunəsidir”backend

Rəsmi Ankara: “Liviyada atəşkəsin bərpası Türkiyənin sülh siyasətinin bariz nümunəsidir”

Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Qalın Liviya və Suriyanın İdlib bölgəsində atəşkəsin bərpa olunmasına münasibət bildirib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, İ. Qalın “Twitter” səhifəsində  Liviya və Suriyanın İdlib bölgəsində atəşkəsin bərpa olunmasını Türkiyənin  dəstəklədiyi sülh siyasətinin bariz nümunəsi olduğunu deyib. 

İ. Qalın bildirib ki, Türkiyənin məqsədi ölkədə və regionda təhlükəsizliyi, sabitliyi və rifahı bərqərar etməkdir.

Xatırladaq ki, yanvarın 8-də  Rusiya və Türkiyə prezidentləri Liviyada münaqişə tərəflərini 12 yanvardan etibarən atəşkəs elan etməyə çağırıblar.

Qeyd edək ki, dünən gecə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladmir Putinlə bir daha telefon əlaqəsi saxlayıb. Tərəflər Liviya mövzusunda Berlində keçiriləcək beynəlxalq konfrans, eləcə də Suriya və Liviya mövzusunda əməkdaşlıqla bağlı müzakirələr aparıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*