Rəsul Quliyev Prezident İlham Əliyevi təbrik etdi: “Bu qələbələr Azərbaycan xalqına özünəinamı qaytardı”backend

Rəsul Quliyev Prezident İlham Əliyevi təbrik etdi: "Bu qələbələr Azərbaycan xalqına özünəinamı qaytardı"

Hazırda ABŞ-da siyasi mühacir həyatı yaşayan Azərbaycan müxalifətinin liderlərindən biri – parlamentin keçmiş sədri Rəsul Quliyev Ağdamın işğaldan azad olması münasibəti ilə Prezident İham Əliyevi təbrik edib. 

KONKRET.az xəbər verir ki, R.Quliyev özünün sosial şəbəkə hesabında yazıb: “Bu gün Azərbaycanın ən böyük rayonlarından biri olan Ağdam erməni işğalçılarından azad edildi. Bu münasibətlə Şanlı Azərbaycan Ordusunu, Azərbaycan xalqını və Ordunun taktiki və strateji planlarının həyata keçirilməsinə rəhbərlik etmiş, beynəlxalq aləmdə Azərbaycanın haqq olduğunu sübuta yetirmiş Ali Baş Komandanı təbrik edirəm. Uğurlar”.

R.Quliyev onu da vurğulayıb ki, Azərbaycanın bugünkü qələbəsinə yalnız işğalçı üzərində qələbə kimi baxmaq lazım deyil və bu, daha böyük əhəmiyyət kəsb edir: “Sentyabrın 27-dən başlayan Vətən müharibəsi Azərbaycanın müstəqil dövlət olduğunu sübut edən önəmli hadisədir. Xalqın müstəqillik əzmi olmasaydı, heç bir böyük qonşu ölkələr – Rusiya Federasiyası və hətta bizim qardaşımız Türkiyə Cümhuriyyəti də bizi qələbəyə çatdıra bilməzdi. Bu qələbələrlə özünəinamı artıran Azərbaycan xalqının gələcəyi daha uğurlu, daha parlaq olmalıdır və olacaq. Əminəm”.

R. Quliyev qeydlərində ermənilərlə bağlı tarixi faktlara da diqqət çəkib: “Bütün tarix boyu heç vaxt müstəqil dövlət olmayan ermənilər Ərəb xilafəti yarananda o “qeyri-müstəqilliyini” də itirdi və bir də 1300 il sonra peyda oldu. 19-cu əsrin axırlarında yaranmış millətçi-terrorçuların arasında “erməni”, “Ermənistan” kimi məfhumlar ortaya çıxdı. Onlar o vaxtdan tarixi saxtalaşdırmaqla hansısa “Böyük Ermənistan” ideyalarından danışırdı. O vaxtdan başlayan saxtakarlıq bu günə qədər davam edir.

I dünya müharibəsində Osmanlı imperiyası Almaniya-Avstriya ittifaqından çıxış edirdi. Nəticədə, qələbə çalmış “Antanta” Osmanlı imperiyasını dağıtdı. Və fürsətdən istifadə edən ermənilər də “biz də varıq” bağırmağa başladılar və heç bir şeyi axıra qədər araşdırmağa meyilli olmayan ABŞ prezidenti Vilson isə mif xalq olan ermənilərdən istifadə etməklə, indiki Türkiyənin tərkibində dövlət yaratmaq istədi.

O dövrdə Osmanlı imperiyası “Antanta”nın tərəfində vuruşsaydı, bu günə qədər heç bir erməni dövləti olmayacaqdı. Hər hansı tarixi bazası, ermənilərin kompakt yaşadığı hər hansı ərazi olmadan, Azərbaycan torpaqlarının hesabına cırtdan bir Ermənistan dövləti yaradıldı. Bu cırtdan ölkə ilbəil Azərbaycanın torpaqlarını ələ keçirməklə ərazisini 2 dəfə genişləndirdi. Ermənilər tarixləri, özlərinin fövqəladə xalq olduqları barədə uydurduqları rəvayətlərə özləri də inanmağa başladılar. Psixoz vəziyyətə düşdülər. Azərbaycan torpaqlarının işğal olunmasından ruhlanan ermənilər özləri barədə hər gün yeni qəhrəmanlıq əfsanələri yaratmağa başladılar”.

R.Quliyevin yazdığına görə, xalqını yalan informasiyalarla uğura kökləyən Paşinyan hakimiyyəti hələ də hansı fəlakətlə üzləşdiklərini anlamırlar: “Son müharibədə Ermənistan rəhbərlərinin uydurduqları yalan informasiyalar Paşinyan kapitulyasiya müqaviləsinə imza atanda, erməniləri hiddətləndirdi. Dünənə qədər Şuşada, Hadrutda “Bizimdir!” bağıran Paşinyana “Siz niyə təslimçilik müqaviləsinə imza atmısınız? Axı, dünənə qədər qələbədən danışırdınız?” – deyə soruşdular. Bu insanlar yalan informasiyaların xalq üçün necə fəlakətlə qurtara biləcəyini heç bu gün də anlamırlar. 27 Sentyabrı səbirsizliklə gözləyən, qısa bir müddətdə Azərbaycan Ordusunu Kür çayına qədər qovacaqlarına inanan paşinyançılar müharibənin ancaq 10-cu günü məsələnin ciddiliyini başa düşsələr də, artıq gec idi. Prezident Əliyev çox qətiyyətli idi və onların dinc əhaliyə qarşı törətdikləri cinayətlər artıq Azərbaycan xalqını qorxutmurdu. Xalq bir yumruq kimi birləşmişdi, hamı müharibəni torpaqlar tam azad olunanacan davam etdirmək istəyirdi. Biz heç vaxt Ermənistanın bizim qonşumuz olduğunu unutmamalıyıq. Onlar istənilən vaxt, imkan düşən kimi, məkrli işlərini görəcəklər”.

  • Zamina Elturan
    Noyabr 21, 2020 - 14:20

    Ermənilər də Xankəndinə qaytarıldı…Təəssüflər!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*