Riki Martinin başı DƏRDDƏ – Oğlan qohumuna təcavüzə görə 50 illik HƏBS OLUNA BİLƏRbackend

Riki Martinin başı DƏRDDƏ - Oğlan qohumuna təcavüzə görə 50 illik HƏBS OLUNA BİLƏR

Riki Martinin qardaşı (bacısı) oğlu müğənnini zorakılıqda ittiham edib və intim münasibətlərindən danışıb.

KONKRET.az xəbər verir ki, məşhur müğənni Riki Martinin qardaşı oğlu əmisini psixoloji və fiziki zorakılıqda ittiham edib. 21 yaşlı Dennis Adil Sançesin dediyinə görə, o, 50 yaşlı əmisi ilə münasibətdə olub.

Onların münasibəti altı aydan bir az çox davam edib və gəncin istəyi ilə bir neçə ay əvvəl tamamlanıb.

Qardaşı oğlu Martinə qarşı iddia qaldırıb. Bildirilir ki, maddənin sanksiyasında 50 ilədək həbs nəzərdə tutulur. Vəkillər artıq müdafiə etdikləri şəxsin təqsirsizliyini sübut edə biləcəklərinə şübhə etmədiklərini deyiblər.

“Biz əminik ki, bu məsələdə əsl faktlar məlum olanda müvəkkilimiz Rikki Martin tam bəraət alacaq”, – deyə bildiriblər.

Vəkillər onu da xatırladırlar ki, bu yaxınlarda 21 yaşlı Dennis Adil Sançesin özü bir qadına təcavüz etməkdə təqsirli bilinib.

Məhkəmə cümə axşamı, iyulun 21-də başlayacaq.

Qeyd edək ki, puerto-rikalı pop musiqiçisi, aktyor və yazıçı Rikki Martinin eynicinsli həyat yoldaşı var. Adamın adı Cvan Yosefdir, rəssamdır. Cütlüyün surroqat analar tərəfindən dünyaya gətirdiyi dörd övladı var.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*