Roma Papası İraqa səfər edəcəkbackend

Roma Papası İraqa səfər edəcək

Roma Papası Fransisk 2021-ci ilin martında İraqa səfər edəcək.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Müqəddəs Taxt-Tacın (Vatikan) Mətbuat xidmətinin rəhbəri Matteo Bruni deyib.

“İraq Respublikası və yerli katolik kilsəsinin dəvətini qəbul edərək Papa Fransisk 2021-ci il martın 5-dən martın 8-dək bu ölkəyə səfər edəcək”, – o bildirib.

M.Bruninin sözlərinə görə, Papanın səfərinin proqramı bir müddət sonra açıqlanacaq. Bununla belə, onun paytaxt Bağdad, həmçinin Ərbil, Mosul və Qaraqoş şəhərlərində xristian dini ilə bağlı mərkəzləri ziyarət edəcəyi gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*