Roma Papası Rusiya və Ukrayna arasında sülhün şərtini AÇIQLADIbackend

Roma Papası Rusiya və Ukrayna arasında sülhün şərtini AÇIQLADI

Roma Papası Rusiya və Ukrayna arasında sülhün şərtini açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Papa Fransisk Rusiya Federasiyası ilə Ukrayna arasındakı münaqişəni “siyasi problem” adlandırıb və bildirib ki, sülh yalnız onların təması ilə mümkündür.

“Sülh o zaman əldə oluna bilər ki, Rusiya və Ukrayna bir-biri ilə və ya başqası vasitəsilə danışa bilsin”, – Papa deyib.

Ukrayna Prezidenti Volodimir Zelenskinin Vatikanın nizamlamada vasitəçiliyindən imtina etməsinə gəlincə, Fransisk qeyd edib ki, “onların arxasında bütün Avropa və ABŞ dayanır”.

“Onlar vasitəçiliyi qəbul etmirlər. Çünki Ukrayna bloku çox güclüdür. Oonların arxasında bütün Avropa, ABŞ var. Başqa sözlə, onlar çox güclüdürlər”, – Papa vurğulayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*