Roma Papasının Azərbaycandakı keçmiş səfiri pedofiliyada ittiham olunur.
KONKRET.az xəbər verir ki, bu barədə “Detroit Catholic” nəşri yazır. Azərbaycanın keçmiş apostol nunsiisi (2018-2022), indi isə Detroit şəhərinin köməkçi yepiskopu Pol Fitspatrik Rassel qalmaqalın mərkəzindədir.
Vatikanın Azərbaycandakı keçmiş nümayəndəsi yetkinlik yaşına çatmayanlara qarşı seksual hərəkətlərdə ittiham olunurb. Cinsi zorakılıq 30 ildən çox bir müddət əvvəl Rassel Boston Baş Yeparxiyasında keşiş işləyərkən törədilib.
Saffolk qraflığının (Massaçusets ştatı) Ali Məhkəməsində qaldırılan iddia Rasselin 12 yaşlı uşağa qarşı cinsi istismarından bəhs edir. İddia olunur ki, keşiş oğlana 25 dəfədən çox təcavüz edib.
Detroit Baş Yeparxiyası açıqlamasında bildirib ki, arxiyepiskop Rassel edilən iddialardan sarsılıb, kədərlənib və onların əsassız olduğunu bildirib.
İddiada zorakılığın qurbanı “Con Dou” kimi göstərilir. Oğlan ikən o, Pol Russelin işlədiyi yerli kilsədə könüllü olub. İndi kişinin 40 yaşı var.
Xuraman Etibarlı,
KONKRET.az