Ronaldinyo COP29 məkanındakı pavilyonları ziyarət edibbackend

Ronaldinyo COP29 məkanındakı pavilyonları ziyarət edib

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo Bakıda COP29 məkanındakı pavilyonları ziyarət edib.

KONKRET.az xəbər verir ki, futbolçu həmçinin Heydər Əliyev Fondunun stendinə baxıb.

Qeyd edək ki, Ronaldinyo 2002-ci ildə dünya çempionu olub. Peşəkar karyerasına ölkəsində, “Qremio”da başlayan 44 yaşlı keçmiş yarımmüdafiəçi Fransada PSJ, İspaniyada “Barselona”, İtaliyada “Milan” kimi klubların formasını geyinib.

O, 1999-2013-cü illərdə Braziliya yığmasında 97 matçda 33 qolla yadda qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*