İtaliyanın “Yuventus” və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo tarixi nailiyyətin müəllifi olub.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, “Qızıl Top”un beşqat sahibi “İnstagram”da 200 milyon abunəçi markasını fəth edib. Bu da ona belə böyük auditoriyaya malik sosial şəbəkənin ilk istifadəçisi olmağa imkan verib. “200 milyona çatdıq! Hər gün bu yolda mənimlə birgə gedən hər kəsə təşəkkür edirəm”, – Kriştiano sevincini bildirib. Qeyd edək ki, futbolçunun ən yaxın təqibçiləri amerikalı müğənni Ariana Grande (173 mln.) və onun həmyerlisi, aktyor Dueyn Consondur (170 mln.).
KONKRET.az
