Ronaldo “Əl-Nəsr”də qalacaq?backend

Ronaldo “Əl-Nəsr”də qalacaq?

“Əl-Nəsr” ulduz futbolçu Kriştiano Ronaldo ilə müqaviləsini 2026-cı ilə qədər uzatmağı planlaşdırır.

KONKRET.az xəbər verir ki, bu barədə ingilis futbol saytları məlumat yayıb.

Bildirilib ki, Səudiyyə Ərəbistanı təmsilçisi artıq 39 yaşlı forvard ilə danışıqlara başlayıb.

Sözləşmənin 2026-cı ilə qədər uzadılması Ronaldonun DÇ-2026-da iştirak şansını artıracaq.

Xatırladaq ki, Ronaldonun “Əl-Nəsr”lə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir. Hücumçu ötən mövsüm bütün turnirlərdə 45 matçda iştirak edib, 44 qol vurub, 13 qolun ötürməsini verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*