Roqozin də Qazaxıstanın yeni nazirinə qarşı çıxdıbackend

Roqozin də Qazaxıstanın yeni nazirinə qarşı çıxdı

Baykonur kosmodromunda Qazaxıstanın yeni informasiya və sosial inkişaf naziri Əsgər Umarov qəbul edilməyəcək.

KONKRET.az xəbər verir ki, bunu “Roskosmos”un rəhbəri Dmitri Roqozin bildirib.

“Əsgər Umarov Rusiya əleyhinə açıqlamaları ilə tanınır. Umarovun Rusiyaya girişinə icazə verilməyib. Baykonur kosmodromunda nazir Əsgər Umarovu görməkdən sevinməyəcəyik, biz onu orada gözləmirik”, – Roqozin qeyd edib.

Qeyd edək ki, bundan öncə Rusiyanın MDB İşləri üzrə Federal Agentliyi Əsgər Umarovla işləməkdən imtina etmiş, onu rusofob adlandıraraq, təhqir etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*