Rövnəq Abdullayev gəncləri yüksək vəzifələrə təyin etdi – FOTObackend

Rövnəq Abdullayev gəncləri yüksək vəzifələrə təyin etdi - FOTO

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Adnan Əhmədzadə yeni vəzifəyə təyin olunub.

KONKRET.AZ xəbər verir ki, o, şirkətin Sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun müavini təyin edilib.

Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə rəhbərlik isə Adil Vəliyevə tapşılıb.

Adnan Əhmədzadə

A.Əhmədzadə 1978-ci ildə Bakıda anadan olub. O, 2006-2007-ci illərdə Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin Nəqliyyat-Ekspedisiya şöbəsinin rəis müavini, 2007-2008-ci illərdə Ticarət əməliyyatlarında kommersiya risklərinin idarə edilməsi və Logistika şöbələrinin rəisi, 2008-2010-cu illərdə İxrac əməliyyatları departamentinin rəisi, 2010-ci ildən isə İdarənin rəisi vəzifələrində çalışıb.

Adil Vəliyevə gəlincə, o, 1980-ci ildə Bakıda anadan olub. O, Azərbaycan Dövlət Neft Akademiyasını “Neft və qaz emalı” üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.

2017-ci ildə İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin “Master of Business Administration” (MBA) proqramını (“Neft-qaz biznesinin idarə olunması”) müvəffəqiyyətlə bitirib.

2003-cü ildən SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində işləyir, 2010-cu ildən İdarənin İxrac əməliyyatları departamentinin rəis müavini vəzifəsində çalışıb.

KONKRET.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*