RSF: “Rus hərbçilər jurnalist Levini soyuqqanlıqla ÖLDÜRÜBLƏR” – FOTObackend

RSF: "Rus hərbçilər jurnalist Levini soyuqqanlıqla ÖLDÜRÜBLƏR" - FOTO

Rusiya hərbçiləri jurnalist Levini soyuqqanlıqla öldürüblər.

KONKRET.az xəbər verir ki, bu qənaətə “Sərhədsiz Reportyorlar” təşkilatı jurnalistin ölüm şəraitini, o cümlədən cinayət yerindən tapılan sübutları hərtərəfli öyrəndikdən sonra gəlib.

Təşkilatın fikrincə, jurnalist qətldən əvvəl işgəncə ilə dindirilib.

Xatırladaq ki, Ukraynalı fotojurnalist Maksim Levin və onun dostu, Ukrayna Silahlı Qüvvələrinin döyüşçüsü Aleksey Çernışov mart ayında Kiyev yaxınlığındakı meşədə rus hərbçiləri tərəfindən soyuqqanlılıqla edam edilib.

Güman edilir ki, Levin meşəyə düşmüş dronunu geri qaytarmaq üçün gedib. Orada onu artıq ərazinin bir hissəsini işğal etmiş rus hərbçilər görüb.

Jurnalist əmin idi ki, dronla çəkilmiş kadrlar Rusiyanın Ukraynaya qəddarcasına müdaxiləsinə yaxşı sübutdur.

Ukrayna təhlükəsizlik qüvvələrinin əməkdaşlarının müşayiəti ilə RSF cinayət yerini müəyyən edə bilib. Levinin yanmış Ford Maverik  hələ də orada idi.

Hadisə yerində RSF mütəxəssisləri bir neçə güllə, həmçinin Çernışevin şəxsiyyətini təsdiq edən sənədləri aşkar edib və onun avtomobilinə 14 güllə izi aşkarlayıblar.

RSF-nin başlatdığı axtarışın son mərhələsində metal detektorları Levinə dəyən güllə tapıblar.

Məlumata görə, aprelin 1-də Quta kəndi yaxınlığında polis fotojurnalist Maks Levinin cəsədini tapıb. Ruslar fotoqrafı atıcı silahlardan iki atəş açaraq öldürüblər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*