Rumıniya ordusuna məxsus MiQ-21 qırıcısı Qara dənizdə radarlardan itib.
KONKRET.az xəbər verir ki, bu barədə Rumıniya MN məlumat yayıb. Təyyarənin Ukrayna hava məkanına yaxın ərazidə radarlardan itdiyi iddia edilir.
Daha sonra həmin təyyarənin axtarışına çıxan helikopter də radarlardan itib.
Məlum olub ki, MİQ-21-in axtarışına çıxan helikopter qəzaya uğrayıb. Nəticədə 5 nəfər həlak olub.
Qırıcının axtarışları davam edir.
Xuraman Etibarlı,
KONKRET.az
