Rus hərbçilər 19-cu əsrə aid mərmər UNİTAZI OĞURLADILAR – FOTObackend

Rus hərbçilər 19-cu əsrə aid mərmər UNİTAZI OĞURLADILAR - FOTO

Rus hərbçiləri 19-cu əsrə aid mərmər unitazı oğurlayıblar.

KONKRET.az xəbər verir ki, bu barədə “Popov mülkü” tarixi-memarlıq muzey-qoruğunun direktoru Anna Qolovko məlumat verib.

Zaporojye vilayətinin Vasilyevski rayonunda Rusiya ordusunun əsgərləri artilleriyadan atəş açıblar və “Popov mülkü” tarixi-memarlıq muzey-qoruğunu qarət ediblər.

“Götürülə bilən hər şey çantalarla çıxarılıb. Ofis avadanlığı sındırılıb və tapdalanıb. Bütün qapılar, pəncərələr sındırılıb. Yolda rast gəlinən hər şey məhv edilib”, – deyə Anna Qolovko bildirib.

Rus hərbçiləri özləri ilə 19-cu əsrə aid mərmər unitazı da götürməyi unutmayıblar.

“Bu unitaz ilk dəfə bolşeviklər tərəfindən oğurlanıb. Daha sonra oğruların nəslindən biri əsəri muzeyə “qaytarıb”! İndi də təzə işğalçılar bədbəxt unitazı yenidən oğurlayırlar”, – deyə Zaporojye Vilayət Dövlət Administrasiyasının Mədəniyyət, Turizm, Millətlər və Dinlər Departamentinin direktoru Vladislav Moroko bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*