Rus ordusu TƏLƏYƏ DÜŞDÜ: Ukraynalılar körpünü partladıb havadan hücum etdilər – VİDEO + ÖZƏLbackend

Rus ordusu TƏLƏYƏ DÜŞDÜ: Ukraynalılar körpünü partladıb havadan hücum etdilər - VİDEO + ÖZƏL

Kiyev yaxınlığında rus ordusu keçdikdən sonra körpü partladılıb.

KONKRET.az xəbər verir ki, Kiyev vilayətinin Barışevka kəndində ukraynalılar partizan əməliyyatı həyata keçiriblər. Onlar körpüdə partlayıcı qurğu yerləşdirib gözləyiblər. Rus ordusu körpünü keçib qurtaran kimi partlayıcını işə salıblar.

Körpü partladılıb və rusların qaçmağa yeri qalmayıb. Ukrayna ordusu tərəfindən rusların havadan məhv edilməsinə başlanılıb.

Kiyev yaxınlığındakı Katyujankada Rusiya maşınlarından ibarət karvan dayanıb. Onların yanacaq və sursatları yoxdur. Əsgərlər təslim olmağa hazırdır.

Putin onlara cəmi 3 günə Ukraynanı “azad edib geri qayıdacaqlarnı” söz verdiyi üçün indi ac-susuz, yuxusuz, üzülmüş rus ordusu sağ qalmağın yollarını axtarır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*