Rus rublu ucuzlaşdı – Çin virusuna görəbackend

Rus rublu ucuzlaşdı – Çin virusuna görə

Bu gün səhər tezdən Moskva birjasında rus rublu 26 qəpik ucuzlaşaraq 1 dollara nisbətən 62.33 rubl təşkil edib.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda birjanın saytında məlumat verilib. Rubla nisbətən avro da 28 qəpik bahalaşıb: İndi 1 avro 68.76 rubldur. Gazeta.ru saytının versiyasına görə, Rusiya valyutası Çində koronavirus qurbanlarının sayının artması xəbərlərinin fonunda ucuzlaşır. “Rambler”in bildirdiyinə görə, yeni virus 2019-cu ilin dekabrında Çinin Uxan şəhərində tapılıb. Bu, insandan insana ötürülür. Virusun qaynağı qanunsuz olaraq Uxan bazarında satılan vəhşi heyvanlar hesab edilir.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*