“Rus xalqı ayağa qalxsa, 10 minlərlə putinisti qanına qəltan edəcək” – Rəsul Quliyevdən ŞOK AÇIQLAMAbackend

"Rus xalqı ayağa qalxsa, 10 minlərlə putinisti qanına qəltan edəcək" - Rəsul Quliyevdən ŞOK AÇIQLAMA

“Tarixdə Putin tipli şəxsiyətlər azda olsa olub və bundan sonra da olacaq. Bu tipli adamlar hansı yollasa hakimiyyəti ələ keçirəndən sonra öz əhalisini, ətrafındakı dövlətlərin əhalisini məhv edib, özünün mütləq hakim olduğunu sübuta çatdırmaq istəyir. Bu tipli insanlar psixi xəstədirlər. İdealogiyaları olmur. Məqsədləri insanları kütləvi qırmaqla, heyvani qorxu hissi aşılamaq və özünün qüdrətinə heyran olmaqdır. Bu insanlar ətrafında nə baş verdiyinə qiymət vermək istəmir, özünü yeganə həqiqət, yeganə mütləq hesab edir, qəbul etdiyi qərarları müzakirə etməyə icazə vermir, çünki özünü yeganə ağıllı sayır. “.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin sabiq spikeri Rəsul Quliyev deyib.

O bildirib ki, bu tip insan nümunəsi 20-ci əsrdə Adolf Hitler idi. 21-ci əsrdə Vladimir Putindir.

“Hitler 1945-ci ilin aprelin ortalarında artıq Berlində döyüşlərin getməsinə baxmayaraq, hələ də qələbə çalacağına inanırdı. Generallara əmrlər verirdi, etiraz edənləri işdən azad edir və yenilərini təyin edirdi. Putin də 2-3 gün ərzində Ukraynanı işğal edəcəyinə, Kiyevin mərkəzi küçəsi Kreşatnikdə hərbi parad keçirəcəyinə o qədər inanırdı ki, o meydandan keçəcək hərbiçilər üçün parad paltarları tikdirmişdi, onların mudirlərinin sinələrinə orden və medallar da asdırmışdı. 12 mindən çox  – əksəriyyəti 25 yaşa qədər gəncdən ibarət olanların hamısını məhv etdirəndən sonra heç tükü də tərpənmir, xoruz kimi gəzir. Bu insanın Rusiyanın tarixində ən azı -ci Pyotr və Stalin kimi qalacağına heç bir şübhəsi yoxdur. Bu günlər ərzində Ukraynada nələr baş verdiyini belə eşitmək istəmir” – Rəsul Quliyev bildirib.

Sabiq spikerin sözlərinə görə, artıq Putin onlarla generalları işdən çıxardıb.

“Evləri dağıtmaqla, şəhərləri Suriyanın Hələb şəhəri kimi viranəyə çevirməklə Ukrayna xalqına qalib gələcəyinə inanır. Bu adam tarixə nəzər salsaydı, Qərbi Ukraynanın müharibə qurtarandan sonra 10 il Sovetlərlə vuruşduğunu, təslim olmaq istəmədiyini bilərdi. Ukraynanı tutsa belə bu xalqın heç vaxt ona tabe olmayacağına inanmır, ruslarla müqayisə edir. İnana bilmir ki, elə xalqlar var ki, onlar üçün azadlıq həyatlarından önəmlidir. Ruslarla da müqayisədə səhvə yol verir. Boğaza yığılmış rus xalqı ayağa qalxsa, 10 minlərlə putinisti qanına qəltan edəcək. İndi imperiya yaratmaq istəyən Putinin imperiyası ən azı 5-6 müstəqil dövlətə parçalanacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*