Rusiya aviasiyasının bir hissəsini Belarus ərazisindən çıxardı – FOTOFAKTbackend

Rusiya aviasiyasının bir hissəsini Belarus ərazisindən çıxardı - FOTOFAKT

“Rusiya helikopterlərinin bir hissəsi Belarusdan Rusiyanın Bryansk vilayətindəki Seşa aerodromuna köçürülüb”.

KONKRET.az bu barədə Ukrainskaya Pravda-ya istinadən xəbər verir ki, bunu aprelin 6-na olan peyk görüntüləri təsdiq edir.

Məlumata görə, hərbi helikopterlər, qırıcılar, AN-124 və İL-76 təyyarələri indi Seşada yerləşir.

Daha əvvəl Belarusun “Qayun” teleqram kanalı Rusiyanın Mi-8, Mi-26 və Ka-52 helikopterlərinin bir hissəsinin aprelin 3-də Belarusun Minsk şəhəri yaxınlığındakı Maçulişi hava limanından Seşa istiqamətində havaya qalxdığını yazıb.

Qeyd edək ki, Maçulişçi hava limanının martın 28-də yayılmış peyk görüntüsündə helikopterlər açıq-aydın görünürdü.

 

Vəsilə İbrahim,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*