Rusiya Brexitdən sonra Britaniya ilə yeni ticarət razılaşması imzalayacaqbackend

Rusiya Brexitdən sonra Britaniya ilə yeni ticarət razılaşması imzalayacaq

Rusiyanın Londondakı səfiri Andrey Kelin ölkəsinin Aİ-dən çıxmasından sonra ölkələr arasında yeni ticarət müqaviləsinin bağlanması təklifi ilə bağlı Britaniyanın hələlik heç bir addım atmadığını bəyan edib.

KONKRET.AZ Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı “İnterfaks” agentliyi yayıb.

Onun sözlərinə görə, Rusiya Brexitdən sonra Britaniya ilə münasibətlərdə nələr etmək lazım olduğunu artıq müəyyənləşdirib.

Səfir ümidvar olduğunu bildirib ki, Britaniya tərəfi Rusiyanın təklifinə əsasən tam əhatəli ticarət sazişi imzalayacaq.

Rusiya və Britaniya arasında aviasiya, nəqliyyat, ticarət və digər sahələrdə müqavilələr imzalamalıdırlar.

“Amma bütün bunlar yəqin ki, tez baş verməyəcək”, — deyə Kelin əlavə edib.

Britaniyanın Avropa İttifaqından çıxması 31 yanvar 2020-ci il tarixinə planlaşdırılır.

KONKRET.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*