Rusiya Prezidenti Vladimir Putin “Xarici dövlətlərin qeyri-dost hərəkətləri ilə bağlı viza xarakterli cavab tədbirləri haqqında” fərman imzalayıb.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “TASS” yayıb.
Fərmana əsasən, Rusiya Avropa İttifaqı ölkələri, Norveç, Danimarka, İslandiya, İsveçrə və Lixtenşteynlə viza verilməsinin sadələşdirilməsi barədə sazişlərin bir sıra bəndinin icrasını dayandırır.
Bununla yanaşı, V.Putin Rusiya XİN-ə qeyri-dost addımlar atan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu ölkəyə girişinə şəxsi məhdudiyyətlər tətbiq etməklə bağlı göstəriş verib.
