Artıq iyunun 30-a qədər Ermənistana soğan, sarımsaq, çovdar, düyü, qarabaşaq yarması, dənli bitkilər, dənli bitkilərdən hazırlanmış ərzaq məhsulları, əzilmiş və əzilməmiş soya və günəbaxan toxumlarının ixracına məhdudiyyətlər qoyulub.
KONKRET.az xəbər verir ki, qida bazarı mütəxəssislərinin fikrincə, ixracı qadağan olunan məhsulların siyahısı bununla bitməyəcək.
Rusiya günəbaxan ixracatını ümumiyyətlə, qadağan etməyi düşünür. Krasnodar və Altay vilayəti, Rostov, Volqaqrad və Orel bölgələrinin ixracatçıları qadağanı birmənalı qarşılamasa da, verilən qərara hörmətlə yanaşacaq.
Erməni mediası isə lavaş dərdinə düşüb. Onlar hesab edir ki, dənli bitkilərin idxalına qoyulan məhdudiyyət erməni milli mətbəxinə ziyan vuracaq.