Rusiya əsgərləri döyüşdən necə yayınırlar… – Dəhşətli həqiqətin üstü açıldıbackend

Rusiya əsgərləri döyüşdən necə yayınırlar... - Dəhşətli həqiqətin üstü açıldı

Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə başlayan müharibə bütün Ukraynada can almaqda davam edir.

KONKRET.az xəbər verir ki, Moskvanın müharibənin “ikinci mərhələsi”nin başladığını elan etməsi ilə ölkənin şərq bölgələrində qarşıdurmalar daha da şiddətlənib. Rusiya hələ də hərbi itkilərini açıqlamasa da, Ukraynadan dünya gündəminə bomba kimi düşən xəbərlər gəlib.

Belə ki, əsir düşən Rusiya əsgəri Andrey Uşakovun sözləri ictimaiyyətlə paylaşılıb. Uşakov Rusiya əsgərlərinin döyüşməmək üçün özlərini yaraladığını, bəzilərinin isə intihar etdiyini iddia edib. İngiltərənin “Metro” qəzetində yer alan xəbərə görə, özlərini yaralayan əsgərlər müalicə üçün Rusiyaya qayıtmaq istəyirlər.

20 yaşlı Uşakov cəbhə xəttində özlərini vuraraq öldürən iki əsgəri tanıdığını söyləyib və əlavə edib: “Getmək üçün yeganə yol budur. Bəziləri buna dözməyib, özlərini güllələyiblər”.

Xatırladaq ki, ötən həftələrdə Ukrayna Təhlükəsizlik Xidməti Ukraynadakı Rusiya əsgərlərinin evə qayıtmaq üçün özlərini ayaqlarından güllələdiyini açıqlamışdı. Sözügedən telefon danışığında bir Rusiya əsgəri anasına bu barədə danışmışdı və artıq bir neçə Rusiya əsgərinin bu yola əl atdığını bildirmişdi.

Əldə edilən telefon danışıqlarına əsaslanaraq Ukrayna Təhlükəsizlik Xidməti iki ordunun fərqli güllələrdən istifadə etdiyini, buna görə də Rusiya əsgərlərinin Ukrayna silah-sursatını ələ keçirməyə çalışdığını vurğulayıb. Yəni sonradan Ukrayna ordusunun istifadə etdiyi güllə ilə öz ayağından vurmaq istəyir. Qeyd edək ki, Rusiya ordusu cəbhədən qaçan və ya özünü xidmətə yararsız hala salan əsgərlərə ağır cəzalar tətbiq edir. Bu səbəbdən əsgərlərin Ukrayna hücumunda yaralandıqlarına komandirlərini inandırmaq üçün “7,62” tipli güllə ilə ayaqlarından atəş açdıqları bildirilir.

Ukrayna Rusiyanın itkilərinin 25 mindən çox olduğunu bildirir. Rusiya isə son rəqəmləri açıqlamaqdan imtina edir.

Rusiya Müdafiə Nazirliyi “xüsusi hərbi əməliyyat” adlandırdığı bu işğalda 498 əsgərin öldürüldüyünü açıqlayıb. Lakin bu məlumat 2 mart tarixinə aiddir və o vaxtdan bəri heç vaxt yenilənməyib.//Bizimyol.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*